Bank Of Baku

Neft bir qədər bahalaşıb

Neft bir qədər bahalaşıb
# 28 avqust 2009 07:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,06 dollar və ya 1,48% artaraq 1 barelə görə 72,49 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, avqustun 27-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 0,86 dollar artaraq 72,51 dollar təşkil edib.

Neftin bahalaşması əsasən dolların ucuzlaşması nəticəsində baş verib. Belə ki, avqustun 27-də dollar avroya qarşı 0,9% ucuzlaşıb. Bundan başqa, ABŞ fond bazarında indekslərin artması da neftin qiymətinə müsbət təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR