Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq isə 0,1% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq isə 0,1% yüksəlib
# 28 avqust 2009 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 9581 bəndədək, S&P 500 0,3% - 1031 bəndədək, Nasdaq isə 0,1% - 2028 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, avqustun 27-də ABŞ fond bazarında kiçik həcmlər və böyük qiymət dəyişkənliyi müşahidə olunub. Qəribə olsa da, ikinci rüb üzrə ABŞ-da ÜDM-in dinamikası barədə müsbət xəbərlər bazara mənfi təsir edib. Belə ki, Ticarət Nazirliyi ÜDM-in 1% enməsini təsdiqləyib ki, bu da proqnozdan 0,5 faiz bəndi az olub. Lakin son zamanlar fond bazarı müsbət makroiqtisadi göstəricilərə çox orijinal bir şəkildə reaksiya verir. Bu da iqtisadiyyatda vəziyyətin yaxşılaşması FES-ə pul-kredit siyasətini sərtləşdirməyə imkan yarada biləcəyi ehtimalları ilə bağlıdır ki, bu da öz növbəsində faiz dərəcələrinin artımı ilə nəticələnə bilər.

Avropada avqustun 27-də FTSE 100 indeksi 0,4% - 4869,4 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3648,5 bəndədək, Almaniya DAX-ı isə 0,9% - 5470,3 bəndədək enib. Avropa fond bazarlarında mənfi tendensiyalar əsasən korporativ xəbərlərin açıqlanması nəticəsində baş verib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4361 (+0,91%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR