Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 31 avqust 2009 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,25 dollar və ya 0,35% artaraq 1 barelə görə 72,74 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, avqustun 28-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,28 dollar artaraq 72,79 dollar təşkil edib.

Avqustun 28-də ticarət günü ərzində dünya bazarlarında dolların avroya qarşı ucuzlaşması müşahidə olunub ki, bu da neft kotirovkalarına müsbət təsir göstərib. Günün yekunlarına görə, dolların mövqelərinin möhkəmlənməsinə baxmayaraq, neftin qiyməti ensə də, müsbət dəyişmə tendensiyası qüvvədə qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR