Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,2% enib, Nasdaq isə 0,05% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,2% enib, Nasdaq isə 0,05% yüksəlib
# 31 avqust 2009 07:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 9544 bəndədək, S&P 500 0,2% - 1029 bəndədək enib, Nasdaq isə 0,05% - 2029 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, avqustun 28-də Amerika fond bazarına ölkədə istehlak xərclərinin proqnozlardan aşağı səviyyədə artması barədə xəbərlər mənfi təsir edib. Belə ki, istehlak xərcləri iyul ayında 0,2% artıb, halbuki bazar iştirakçılarının proqnozlarına əsasən, bu göstərici 0,3% səviyyəsində gözlənilirdi. «Dell» şirkətinin müsbət rüblük hesabatı, «İntel»in satış üzrə proqnozların artırması Nasdaq indeksinin enməsinə mane olub. Qeyd edək ki, «Dell»in səhmləri 1,7%, «İntel»in səhmləri isə 4% bahalaşıb.

Avropada avqustun 28-də FTSE 100 indeksi 0,8% - 4908,9 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3693,1 bəndədək, Almaniya DAX-ı isə 0,9% - 5517,4 bəndədək yüksəlib. «Dell»in rüblük göstəriciləri hətta Avropa fond bazarlarında İT şirkətlərin kotirovkalarına müsbət təsir edib. Belə ki, Almaniya «Infineon Technologies AG»nin səhmləri 4,2%, İsveçrə «STMicroelectronics»in səhmləri 12,4%, «Nokia»nın səhmləri 3,1%, «Alcatel-Lucent»in səhmləri 1,8%, İsveçrə «Logitech International SA»nın səhmləri 2,6% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4305 (-0,39%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR