Göründüyü kimi, qiymətin tədricən artması baş verib və bu tendensiya bu gün Asiya bazarlarında da davam edir.
Ötən həftə ərzində qızıl bazarında əsas amillərdən bir kimi investisiya məqsədləri ilə qızıl külçələrinə tələbatın artmasını qeyd etmək olar. Bu da öz növbəsində dolların avroya qarşı həftə ərzində tədricən ucuzlaşması ilə əlaqəlidir. Xatırladaq ki, ötən həftə ərzində dollar avroya qarşı 0,7% ucuzlaşıb. Nəticədə, bir sıra investor yenidən öz aktivlərini dollardan çıxararaq qızıla çevirməyə başlayıb.
Qeyd edək ki, avqustun 28-də müşahidə olunan qiymət avqustun 7-də də qeydə alınıb. Ümumiyətlə, bu ay maksimal qiymət avqustun 5-də müşahidə olunub və 966 dollar/unsiya təşkil edib. Müqayisə üçün bildirək ki, cari ilin əvvəlində qızılın 1 unsiyasının qiyməti 855 dollar təşkil edib. Beləliklə, yanvar-avqust ayları ərzində qızıl 11,7% bahalaşıb.