Bank Of Baku

Neftin qiyməti kəskin azalıb

Neftin qiyməti kəskin azalıb
# 01 sentyabr 2009 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 31-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 2,78 dollar və ya 3,82% azalaraq 1 barelə görə 69,96 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, avqustun 31-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,14 dollar azalaraq 69,65 dollar təşkil edib.

Qeyd edək ki, bazarın analitikləri neftin kəskin ucuzlaşmasını Çinin fond bazarında baş vermiş «uçurum» ilə əlaqələndirirlər. Belə ki, avqustun 31-də Çinin əsas indeksləri olan Shanghai Composite Index 6,7%, Shenzhen Composite Index 7,2% enib.

Ümumilikdə, son zamanlar neft bazarının Çin iqtisadiyyatı və fond bazarı ilə nisbətdə ciddi həssaslığı müşahidə olunur ki, bu da böhran şəraitində Çinin dünyada əsas neft istehlakçıları olan ölkələr sırasına fəal daxil olması və dünya neft tələbatında Çinin payının tədricən artması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR