Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,8%, Nasdaq isə 1% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,8%, Nasdaq isə 1% enib
# 01 sentyabr 2009 08:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 31-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 9497 bəndədək, S&P 500 0,8% - 1021 bəndədək, Nasdaq isə 1% - 2009 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, avqustun 31-də Amerika fond bazarında kotirovkaların enməsinin əsas səbəbi Çinin fond bazarında indekslərin kəskin azalması və bunun nəticəsində neftin ucuzlaşmasından sonra ABŞ-da neft və istehlak sektorlarındakı şirkətlərin səhmlərinin dəyərdən düşməsi olub.

Həmin tendensiya və amillər Avropa fond bazarına da təsir edib. Avropada avqustun 31-də FTSE 100 indeksi 0,8% - 4869,6 bəndədək yüksəlsə də, Fransa CAC-40-ı 1,1% - 3653,5 bəndədək, Almaniya DAX-ı isə 1% - 5464,6 bəndədək enib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4327 (+0,15%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR