Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 02 sentyabr 2009 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,91 dollar və ya 2,73% azalaraq 1 barelə görə 68,05 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, sentyabrın 1-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,92 dollar azalaraq 67,73 dollar təşkil edib.

Qeyd edək ki, neftin ucuzlaşması ABŞ-da xam neft ehtiyatlarının azalması fonunda baş verib, halbuki adətən, neftin qiymətinin dinamikası xam neft ehtiyatlarının dinamikasından əks istiqamətli olur. Belə ki, Amerika Neft İnstitutunun məlumatlarına görə, ötən həftə ABŞ-da xam neft ehtiyatları 3,193 mln. barel azalaraq 343,5 mln. barelə, benzin ehtiyatları 2,811 mln. barel azalaraq 206,9 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları isə 920 min barel artaraq 161,8 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR