Bank Of Baku

Dow Jones indeksi 1,9%, S&P 500 2,2%, Nasdaq isə 2% enib

Dow Jones indeksi 1,9%, S&P 500 2,2%, Nasdaq isə 2% enib
# 02 sentyabr 2009 08:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 1,9% - 9311 bəndədək, S&P 500 2,2% - 998,04 bəndədək, Nasdaq isə 2% - 1969 bəndədək enib. «APA-Economics»in məlumatına görə, fond bazarına təsir edən makroiqtisadi fon müsbət olub. Məsələn, ABŞ-da istehsal sektoru üçün hesablanan indeks avqust ayında 52,9 bənd təşkil edib və bu, 2007-ci ilin iyunundan ən yüksək göstəricidir. Bundan başqa, ölkədə evlərin satışı üzrə imzalanan müqavilələrin sayı iki illik maksimuma çatıb. Lakin investorlar hesab edirlər ki, əvvəlki həftələrdə müşahidə olunmuş kotirovkaların artması əsaslı olmayıb və bu səbəbdən cari həftənin əvvəlindən kotirovkalar enməyə başlayıb. Sentyabrın 1-də «Citigroup»un səhmləri 9,2%, «General Electric»in səhmləri 4%, «Bank of Amerika»nın 6,4%, «ETrade Financial»ın səhmləri 14,8%, «İntel»in səhmləri 3%, «Microsoft»un səhmləri 2,6% ucuzlaşıb.

Avropa fond bazarında sentyabrın 1-də FTSE 100 indeksi 1,8% - 4819,7 bəndədək, Fransa CAC-40-ı 1,9% - 3583,4 bəndədək, Almaniya DAX-ı isə 2,5% - 5327,3 bəndədək enib. Bank səhmləri kotirovkaların enməsində lider olub. Belə ki, HSBC, «Lloyds», «Royal Bank of Scotland», «BNP Paribas», «Societe Generale» və UBS-in səhmləri 3,7-5,8% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4198 (-0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR