Bank Of Baku

Avqust BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 7,7% azalıb

Avqust BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 7,7% azalıb
# 02 sentyabr 2009 13:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 30 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 11 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 43,887 mln. manat və ya dollar ekvivalentində 54,586 mln. təşkil edib. Bu isə cari ilin iyul ayı ilə müqayisədə 3,7 mln. manat və ya 7,7% azdır.

Hesabat ayında həmçinin, Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,599 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 1,820 mln. dollar təşkil edib.

Eyni zamanda, avqust ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (33,14%), «Xalq Bank» (27,30%), «UniBank» (10,94%), «Əmrahbank» (7,51%) və «Bank of Baku» (7,28%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR