Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq isə 0,1% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq isə 0,1% enib
# 03 sentyabr 2009 07:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 9281 bəndədək, S&P 500 0,3% - 994,75 bəndədək, Nasdaq isə 0,1% - 1967 bəndədək enib. «APA-Economics»in məlumatına görə, sentyabrın 2-də «Citigroup»un səhmləri 0,4% bahalaşıb, «General Electric»in səhmləri 1,1%, «ETrade Financial»ın səhmləri 0,7%, «İntel»in səhmləri 1,3%, «Microsoft»un səhmləri 0,6% ucuzlaşıb.

Avropa fond bazarında sentyabrın 2-də FTSE 100 indeksi 0,04% - 4817,6 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3573,1 bəndədək, Almaniya DAX-ı isə 0,14% - 5319,8 bəndədək enib. «Banco Santander», «Credit Suisse», «Lloyds», «Societe Generale», UBS və «UniCredit»in səhmləri 1,5-6,2%, Britaniya sığorta şirkətləri «Old Mutual»ın səhmləri 3%, «Aviva»nın isə 3,7%, İsveçrə «Swiss Reinsurance» təkrar sığorta şirkətinin səhmləri 4,8% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4267 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR