Bank Of Baku

Neftin qiyməti dəyişməyib

Neftin qiyməti dəyişməyib
# 03 sentyabr 2009 07:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri dəyişməz qalaraq 1 barelə görə 68,05 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, sentyabrın 2-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar azalaraq 67,58 dollar təşkil edib.

Sentyabrın 2-də OPEC prezidenti Xose Vaskonselos bəyan edib ki, OPEC neft hasilatını hazırkı səviyyədə saxlamaq niyyətindədir, çünki neft kotirovkalarının dəyişkənliyi zəifləyib və bu, dünya iqtisadiyyatda işgüzar fəallığın tədricən bərpa olduğunu göstərir. OPEC-in növbəti iclası isə sentyabrın 9-da Vyanada keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR