Bank Of Baku

Neftin qiyməti 68 dollardan aşağı düşüb

Neftin qiyməti 68 dollardan aşağı düşüb
# 04 sentyabr 2009 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,09 dollar və ya 0,13% azalaraq 1 barelə görə 67,96 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, sentyabrın 3-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 0,22 dollar azalaraq 67,36 dollar təşkil edib.

Neftin ucuzlaşmasını əsasən ABŞ-da makroiqtisadi xəbərlərin açıqlanması ilə əlaqələndirmək olar. Belə ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayının azalması proqnozlardan daha aşağı səviyyədə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR