Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq isə 0,8% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq isə 0,8% yüksəlib
# 04 sentyabr 2009 08:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 9343 bəndədək, S&P 500 0,8% - 1003 bəndədək, Nasdaq isə 0,8% - 1983 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, fond bazarına təsir edən makroiqtisadi xəbərlər mənfi olub. Belə ki, ötən həftə ərzində ABŞ-da işsizlik üzrə ilkin müraciətlərin sayı 4 min azalaraq 570 minə çatıb. Analitiklər isə proqnozlaşdırıblar ki, azalma 5 min təşkil edəcək. Bundan başqa iri pərakəndə satış şirkətlərinin hesabatları da gözləniləndən daha neqativ olub. Sentyabrın 3-də «Citigroup»un səhmləri 4,6%, «AİG»nin səhmləri 10% bahalaşıb, «Motorolla»nın səhmləri 1,5%, «İntel»in səhmləri 0,3%, «Sun Microsystems»in səhmləri 1,8% ucuzlaşıb.

Avropa fond bazarında sentyabrın 3-də FTSE 100 indeksi 0,4% - 4796,8 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3553,5 bəndədək, Almaniya DAX-ı isə 0,35% - 5301,4 bəndədək enib. «BP»nin səhmləri 1%, «Royal Dutch Shell»in səhmləri 1,2%, «BG Group»un səhmləri 0,9%, «Total»in səhmləri 1%, «StatoilHydro»nun səhmləri 1,1% ucuzlaşıb. Eyni zamanda, HSBC-nin səhmləri 0,6%, «Lloyds»un səhmləri 0,3%, «Royal Bank of Scotland»ın səhmləri 3,2%, UBS-in səhmləri 3,7%, «Deutsche Postbank»ın səhmləri 6,1% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4255 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR