Bank Of Baku

Bu gün BFB-da 10206422S seriyalı 11 335,6 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10206422S seriyalı 11 335,6 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 04 sentyabr 2009 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10206422S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 11 335 600 manat təşkil edib. Sifarişlər 99,57% (gəlirlik 1,73%) – 99,58% (gəlirlik 1,69%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,57% (gəlirlik 1,73%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 11 335,6 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin dekabrın 4-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR