Bank Of Baku

AGBI indeksi 0,9747, ACBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 0,9747, ACBDI indeksi isə 1,0001 təşkil edib
# 07 sentyabr 2009 06:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0254 bənd və ya 2,54% azalaraq 2009-cu ilin sentyabr ayının 7-nə 0,9747 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0001 bənd və ya 0,01% artaraq 1,0001 təşkil edib.

Sentyabrın 4-də 14,8 mln. manat həcmində bir dövlət istiqrazı buraxılışı dövriyyədən çıxarılıb və 11,3 mln. manatlıq emissiya yerləşdirilib. Nəticədə, bazar kapitallaşmasının azalması AGBI indeksinin enməsinə səbəb olub.

ACBDI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR