Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 1,3%, Nasdaq isə 1,8% yüksəlib

Dow Jones indeksi 1%, S&P 500 1,3%, Nasdaq isə 1,8% yüksəlib
# 07 sentyabr 2009 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 9441 bəndədək, S&P 500 1,3% - 1016 bəndədək, Nasdaq isə 1,8% - 2019 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, fond bazara əsasən məşğulluq barədə statistika təsir edib ki, həmin statistika birmənalı qarşılanmayıb. Belə ki, avqustda işsizlik səviyyəsi 9,7% təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə artım deməkdir. Eyni zamanda, avqust ayında 216 min iş yeri azalıb ki, bu da iyul göstəricisindən 12,6%, yanvara nisbətən isə 3,4 dəfə azdır.

Avropa fond bazarında sentyabrın 4-də FTSE 100 indeksi 1,2% - 4851,7 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3598,8 bəndədək, Almaniya DAX-ı isə 1,6% - 5384,4 bəndədək yüksəlib. HSBC, «Banco Santander» və «Credit Suisse»in səhmləri 2,2-4,6%-dək, «Xstrata», «Anglo American», «Antofagasta», «BHP Billiton», «Eurasian Natural Resources Corporation» və «Rio Tinto» dağ-mədən şirkətlərinin səhmləri 1,2-3,7% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4328 (+0,51%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR