Bank Of Baku

Avropada fond indeksləri yüksəlib

Avropada fond indeksləri yüksəlib
# 08 sentyabr 2009 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avropa fond bazarında sentyabrın 7-də FTSE 100 indeksi 1,7% - 4933,2 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3652,8 bəndədək, Almaniya DAX-ı isə 1,5% - 5463,5 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, Avropada iri dağ-mədən şirkətləri olan «Lonmin»in səhmləri 5,8%, «Rio Tinto»nun səhmləri 2,4% və «BHP Biliton»un səhmləri 2,4%, «Telefonica», «France Telecom», «Vodafone» və «Deutsche Telekom» rabitə şirkətlərinin səhmləri 0,8-2,2% bahalaşıb.

Sentyabrın 7-də ABŞ-da Əmək Günü bayramının qeyd edilməsi ilə bağlı Amerika fond bazarında ticarət əməliyyatları aparılmayıb. Xatırladaq ki, sentyabrın 4-də keçirilmiş ticarət gününün yekunlarına görə, Dow Jones indeksi 9441 bənd, S&P 500 1016 bənd, Nasdaq isə 2019 bənd təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4340 (+0,08%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR