Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq isə 0,9% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq isə 0,9% yüksəlib
# 09 sentyabr 2009 07:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 9497 bəndədək, S&P 500 0,8% - 1025 bəndədək, Nasdaq isə 0,9% - 2038 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, sentyabrın 8-də «Chevron»un və «Exxon Mobil»in səhmləri 2,2%, «ETrade Financial»in səhmləri 6,5%, «Microsoft»un səhmləri 0,8% bahalaşıb, «Citigroup»un səhmləri 3,5%, «Fannie Mae»nin səhmləri 7,9%, «Bank of America»nın səhmləri 0,4% ucuzlaşıb.

Avropa fond bazarında sentyabrın 8-də FTSE 100 indeksi 0,3% - 4947,3 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3661 bəndədək, Almaniya DAX-ı isə 0,3% - 5481,7 bəndədək yüksəlib. «BG Group», «Royal Dutch Shell» və «Total» neft-qaz şirkətlərinin səhmləri 0,6-3,5%, dağ-mədən şirkətləri olan «BHP Billiton»un səhmləri 2,6%, «Rio Tinto»nun səhmləri 3,6% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4500 (+1,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR