Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının 4 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının 4 mln. manatlıq notları yerləşdirilib
# 09 sentyabr 2009 11:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50103521S seriyalı, ümumi həcmi 5 mln. manat, hərraca çıxarılan həcmi 4 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 4,876 mln. manat təşkil edib. Sifarişlər 99,9221% (gəlirlik 1,00%) – 99,9223% (gəlirlik 1,00%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,9221% (gəlirlik 1,00%), orta ölçülmüş qiyməti isə 99,9223% (gəlirlik 1,00%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 4 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin oktyabrın 7-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR