Bank Of Baku

Qızılın qiyməti min dollara çatıb

Qızılın qiyməti min dollara çatıb
# 09 sentyabr 2009 12:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 8-də dünya bazarlarında qızılın 1 unsiyasının qiyməti 1000 dollara çatıb ki, bu da tarixdən üçüncü dəfədir baş verir. “APA-Economics”in məlumata görə, ilk dəfə qızıl bu qiymətə ötən ilin mart ayında (1031 dollar/unsiya), sonra cari ilin fevralında (1008 dollar/unsiya) çatıb.
Dünənki bahalaşmanın bir neçə səbəbini qeyd etmək olar. Bu, həm dünya iqtisadiyyatının gələcək inkişafı barədə ehtimallar, həm dolların ucuzlaşması, həm də inflyasiya gözləntiləridir. Hazırda qızılın bahalaşması üçün əsaslar az deyil. Belə ki, sərbəst monetar və sərt fiskal siyasətlərin qarışığı valyutalar üçün təhlükəli, qızıl üçün isə müsbət amildir. Nəticədə ABŞ-da faiz dərəcələri aşağı olduğu halda dolların ucuzlaşmasının, qızılın isə bahalaşmasının ehtimalları çoxdur.
Bundan başqa, aparıcı ölkələrdə inflyasiya gözləntiləri möhkəmlənir. Belə ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin hökumətləri son vaxtlar böhrana qarşı tədbirlər çərçivəsində öz iqtisadiyyatlarına külli miqdarda vəsaitləri yönəldib. Bu vəsaitlər isə böhran səngiyəndən sonra istehlak qiymətlərin artımına səbəb ola bilər. Ona görə də ekspertlər yaxın zamanlarda qızılın 1 unsiyasının 1,1 min dollaradək çatmasını proqnozlaşdırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR