Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 10 sentyabr 2009 07:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,21 dollar və ya 0,3% artaraq 1 barelə görə 71,31 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, sentyabrın 9-da ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar artaraq 69,83 dollar təşkil edib.

Amerika Neft İnstitutunun məlumatına görə, ötən həftə ölkədə xam neft ehtiyatları 7,216 mln. barel azalaraq 336,315 mln. barelə, benzin ehtiyatları 571 min barel artaraq 207,479 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları isə 3,282 mln. barel artaraq 165,098 mln. barelə çatıb. ABŞ-da xam neftin azalması neft bazarına müsbət təsir edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR