Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,7%, Nasdaq isə 1,1% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,7%, Nasdaq isə 1,1% yüksəlib
# 10 sentyabr 2009 07:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 9547 bəndədək, S&P 500 0,7% - 1033 bəndədək, Nasdaq isə 1,1% - 2060 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, sentyabrın 9-da Federal Ehtiyat Sisteminin növbəti hesabatı açıqlanıb. Hesabatda iyul və avqust aylarında ABŞ iqtisadiyyatında sabitləşmənin müşahidə olunduğu vurğulanır ki, bu da fond bazarına müsbət təsir edib. Eyni zamanda hesabatda qeyd olunur ki, hazırda ölkədə kredit bazarında mürəkkəb vəziyyət və daşınmaz əmlak bazarında zəyifləmə davam edir.

Avropa fond bazarında sentyabrın 9-da FTSE 100 indeksi 1,2% - 5004,3 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3707,7 bəndədək, Almaniya DAX-ı isə 1,7% - 5574,6 bəndədək yüksəlib. Kotirovka yüksəlməsi əsasən avtomobil istehsalı və neft şirkətlərinin səhmləri üzrə müşahidə olunub. BMW-nin səhmləri 7,7%, «Renault»un səhmləri 6,9%, «Daimler»in səhmləri 3,5%, BP, «Royal Dutch Shell», «BG Group», «Tullow Oil», «Repsol», «Total» və «StatoilHydro»nun səhmləri 0,9-3,8% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4500 (+0,37%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR