Bank Of Baku

AGBI indeksi 0,9132, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 0,9132, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 10 sentyabr 2009 07:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1078 bənd və ya 10,6% azalaraq 2009-cu ilin sentyabr ayının 10-na 0,9132 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

AGBI indeksinin kəskin azalması sentyabrın 9-da 11,25 mln. manat həcmində iki dövlət istiqrazları buraxılışının dövriyyədən çıxarılması və bunun nəticəsində bazar kapitallaşmasının azalması ilə bağlıdır.

Sentyabrın 9-da 4 mln. manatlıq bir not buraxılışı dövriyyədən çıxarılıb və həmin miqdarda bir buraxılış yerləşdirilib. Nəticədə, ACBDI indeski sabit qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR