Bank Of Baku

Neftin qiyməti 72 dollara çatıb

Neftin qiyməti 72 dollara çatıb
# 11 sentyabr 2009 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,63 dollar və ya 0,9% artaraq 1 barelə görə 71,94 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, sentyabrın 10-da ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 0,48 dollar artaraq 70,31 dollar təşkil edib.

Neftin bahalaşmasına ABŞ-da xam neft ehtiyatlarının ötən həftə ərzində 5,9 mln. barel azalması və Beynəlxalq Enerji Agentliyi tərəfindən neft istehlakı üzrə gündəlik proqnozun 500 min barel artırılması barədə xəbərlər təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR