Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 1%, Nasdaq isə 1,1% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 1%, Nasdaq isə 1,1% yüksəlib
# 11 sentyabr 2009 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 9627 bəndədək, S&P 500 1% - 1044 bəndədək, Nasdaq isə 1,1% - 2084 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, kotirovkaların yüksəlməsi əsasən müsbət korporativ xəbərlərlə bağlı olub. «Citigroup»un səhmləri 1,9%, «Fannie Mae»in səhmləri 1,2%, «Cisco Systems»ın səhmləri 3,5%, «Yahoo!»nun səhmləri 4,5% bahalaşıb.

Avropa fond bazarında sentyabrın 10-da FTSE 100 indeksi 0,3% - 4987,7 bəndədək, Fransa CAC-40-ı 0,05% - 3705,9 bəndədək enib, Almaniya DAX-ı isə 0,4% - 5594,8 bəndədək yüksəlib. «Nokia», «Alcatel-Lucent», «Infineon», «Logitech», «ARM Holdings» və ASML kimi İT şirkətlərinin səhmləri 0,5-3% bahalaşıb, «Banco Santander», «BNP Paribas», HSBC və «UniCredit» kimi bankların səhmləri 1-1,8% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4602 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR