Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq isə 0,1% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq isə 0,1% enib
# 14 sentyabr 2009 07:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 9605 bəndədək, S&P 500 0,1% - 1043 bəndədək, Nasdaq isə 0,1% - 2081 bəndədək enib. «APA-Economics»in məlumatına görə, kotirovkaların enməsi investorlar tərəfindən mənfəətin əldə edilməsi ilə bağlıdır, çünki ardıcıl bir neçə gün ərzində kotirovkaların yüksəlməsi müşahidə olunub. Ümumilikdə, həftənin yekunlarına görə, indekslər orta hesabla 2,5% artıb. «Citigroup»un səhmləri 3%, «Bank of Amerika»nın səhmləri 1,5%, «General Electric»in səhmləri 0,9%, «Etrade Financial»ın səhmləri 2,9%, «Microsoft»un səhmləri 0,6% ucuzlaşıb.

Avropa fond bazarında sentyabrın 11-də FTSE 100 indeksi 0,5% - 5011 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3735 bəndədək, Almaniya DAX-ı isə 0,5% - 5624 bəndədək yüksəlib. Avropada kotirovkaların yüksəlməsi ardıcıl 7 ticarət günü ərzində baş verir ki, bunun da əsas səbəbi dolların avroya qarşı həmin müddət ərzində ucuzlaşması ilə bağlıdır. Sentyabrın 11-də dolların bir qədər bahalaşması nəticəsində yüksəlmə templəri əvvəlki günlərlə müqayisədə düşüb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4535 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR