Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 15 sentyabr 2009 06:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,43 dollar və ya 0,6% azalaraq 1 barelə görə 68,86 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, sentyabrın 14-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,25 dollar azalaraq 67,44 dollar təşkil edib.

Neftin ucuzlaşmasının əsas səbəbi dünya bazarlarında dolların məzənnəsinin enməsi ilə bağlı olub. Belə ki, sentyabrın 14-də dollar avroya qarşı 0,7% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR