Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,6%, Nasdaq isə 0,5% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,6%, Nasdaq isə 0,5% yüksəlib
# 15 sentyabr 2009 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 9627 bəndədək, S&P 500 0,6% - 1049 bəndədək, Nasdaq isə 0,5% - 2092 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, sentyabrın 14-də fond bazarın investorları ABŞ və Çin arasında yaranmış iqtisadi qarşıdurmanın təsiri altında olub. Xatırladaq ki, sentyabrın 11-də ABŞ hökuməti ölkəyə Çin istehsalı olan avtomobil şinləri üzrə idxal rüsumlarının artırılmasına dair qərar qəbul edib. Buna cavab olaraq, Çin öz növbəsində ABŞ-dan idxal olunan bir sıra məhsul üzrə antidempinq araşdırmalarına başlayıb.

Avropa fond bazarında sentyabrın 14-də FTSE 100 indeksi 0,15% - 5019 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,1% - 3731 bəndədək, Almaniya DAX-ı 0,1% - 5620 bəndədək enib. Avropada kotirovkaların dinamikasına korporativ xəbərlər təsir edib. Nəticədə, «BNP Paribas», «Deutsche Bank» və «Societe Generale» banklarının səhmləri 1,1-2,4%, «BG Group», «Royal Dutch Shell» və «Tullow Oil» enerji şirkətlərinin səhmləri 0,9-2,3%, «Peugeot Citroen»in səhmləri 2,5%, «Deutsche Telekom»un səhmləri 1,2% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4639 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR