Bank Of Baku

Bu gün BFB-da 11 929,8 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 11 929,8 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 15 sentyabr 2009 19:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10106622S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 7 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 13,930 mln. manat təşkil edib. Sifarişlər 99,89% (gəlirlik 1,15%) – 99,87% (gəlirlik 1,36%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,88% (gəlirlik 1,25%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 332 600 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 11 929 800 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin oktyabrın 20-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR