Bank Of Baku

Neft 2 dollar bahalaşıb

Neft 2 dollar bahalaşıb
# 16 sentyabr 2009 06:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 2,07 dollar və ya 3% artaraq 1 barelə görə 70,93 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, sentyabrın 15-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,09 dollar azalaraq 67,35 dollar təşkil edib.

Sentyabrın 14-də Amerika Neft İnstitutu növbəti həftəlik hesabatını açıqlayıb. Belə ki, ötən həftə ərzində ABŞ-da xam neft ehtiyatları 631 min barel artaraq 337 mln. barelə, benzin ehtiyatları 1,347 mln. barel artaraq 208,8 mln. barelə, mazut və dizel yanacağı isə 5,2 mln. barel artaraq 170,3 mln. barelə çatıb. Ölkəyə xam neft idxalının gündəlik göstəricisi əvvəlki həftə ilə müqayisədə 618 min barel azalaraq 9,022 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR