Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,3%, Nasdaq isə 0,5% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,3%, Nasdaq isə 0,5% yüksəlib
# 16 sentyabr 2009 07:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 9683 bəndədək, S&P 500 0,3% - 1053 bəndədək, Nasdaq isə 0,5% - 2103 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, kotirovkaların yüksəlməsi Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin iqtisadiyyatda geriləmənin başa çatması barədə bəyanatından sonra baş verib. Bundan başqa, makroiqtisadi göstəricilər də müsbət rol oynayıb. Belə ki, avqust ayında ABŞ-da pərakəndə dövriyyənin həcmi əvvəlki aya nisbətən 2,7% artaraq 351,4 mlrd. dollara çatıb, halbuki analitiklər həmin göstəricinin yalnız 1,7% artacağını proqnozlaşdırıb. Həmçinin məlum olub ki, iyul ayında istehsal ehtiyatları 1% azalıb ki, bu da proqnozlardan (0,9%) daha müsbət olub.

Qeyd edək ki, həmin amillər Avropada kotirovkaların dinamikasına müsbət təsir edib. Avropa fond bazarında sentyabrın 15-də FTSE 100 indeksi 0,5% - 5042 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,6% - 3752 bəndədək, Almaniya DAX-ı 0,2% - 5629 bəndədək yüksəlib. Bu da ilk növbədə Avropanın aparıcı bankların səhmləri üzrə müşahidə olunub. Belə ki, HSBC-nin səhmləri 1,4%, «Societe Generale»in səhmləri 1,1%, «Banco Santander»in səhmləri isə 1,2% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4678 (+0,27%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR