Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 17 sentyabr 2009 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 16-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,58 dollar və ya 2,2% artaraq 1 barelə görə 72,51 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, sentyabrın 16-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 1,81 dollar artaraq 71,66 dollar təşkil edib.

Neftin bahalaşmasına əsasən ABŞ-da neft ehtiyatlarının ötən həftə ərzində 4,7 mln. barel azalması barədə ölkənin Energetika Nazirliyi tərəfindən məlumatın açıqlanması təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR