Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,5%, Nasdaq isə 1,4% yüksəlib

Dow Jones indeksi 1,1%, S&P 500 1,5%, Nasdaq isə 1,4% yüksəlib
# 17 sentyabr 2009 07:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 9791 bəndədək, S&P 500 1,5% - 1069 bəndədək, Nasdaq isə 1,4% - 2133 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ticarət gedişinə makroiqtisadi xəbərlər müsbət təsir edib. Məsələn, açıqlanıb ki, avqust ayında ABŞ-da sənaye istehsalının həcmi 0,8%, istehlak qiymətləri indeksi isə 0,4% artıb.

Avropa fond bazarında sentyabrın 16-da FTSE 100 indeksi 1,6% - 5124 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3814 bəndədək, Almaniya DAX-ı 1,3% - 5700 bəndədək yüksəlib. Bu da ilk növbədə Avropanın aparıcı bankların səhmləri üzrə müşahidə olunub. Belə ki, HSBC-nin səhmləri 4,4%, «Barclays»ın səhmləri 3%, «Commerzbank»ın səhmləri 4,7%, «Natixis»in səhmləri 13,7%, «KBC Group»un səhmləri 2,6%, UBS-in səhmləri 2,7%, «Societe Generale»in səhmləri 5,7% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4705 (+0,18%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR