Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq isə 0,3% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq isə 0,3% enib
# 18 sentyabr 2009 08:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 9784 bəndədək, S&P 500 0,3% - 1065 bəndədək, Nasdaq isə 0,3% - 2127 bəndədək enib. «APA-Economics»in məlumatına görə, kotirovkaların dinamikasına makroiqtisadi xəbərlər təsir edib. Belə ki, avqust ayında evlərin tikintisi üçün icazələrin sayı 2,7% artıb ki, bu da proqnozlara uyğun olub. Bundan başqa, işsizlik üzrə ilkin müraciətlərin sayı ötən həftə ərzində 12 min və ya 2,2% azalıb. Bu xəbərlər bazara müsbət təsir etsə də, investorların bazarın gələcək hərəkət istiqaməti ilə bağlı qeyri-nikbinliyi nəticəsində fond bazarında təklif bir qədər artıb. Bu tendensiyanın yaxın günlərdə davam edəcəyi istisna olunmur.

Avropa fond bazarında sentyabrın 17-də FTSE 100 indeksi 0,8% - 5164 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3835 bəndədək, Almaniya DAX-ı 0,6% - 5731 bəndədək yüksəlib. Avropa bazarlarında korporativ xəbərlər müxtəlif istiqamətli olduğuna görə, bazarda hər hansı vahid tendensiya müşahidə olunmayıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4732 (+0,18%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR