Bank Of Baku

AGBI indeksi 0,8997, ACBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 0,8997, ACBDI indeksi isə 1,0001 təşkil edib
# 23 sentyabr 2009 07:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1004 bənd və ya 10,04% azalaraq 2009-cu ilin sentyabr ayının 23-nə 0,8997 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0001 bənd və ya 0,01% artaraq 1,0001 təşkil edib.

AGBI indeksinin kəskin azalması ödəmələr nəticəsində dövlət istiqrazları bazarının kapitallaşmasının azalması nəticəsində baş verib. Belə ki, 15 mln. manat məbləğində iki buraxılış ödənilib və yalnız 3,2 mln. manatlıq yeni emissiya dövriyyəyə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR