Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq isə 0,4% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq isə 0,4% yüksəlib
# 23 sentyabr 2009 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 9830 bəndədək, S&P 500 0,6% - 1072 bəndədək, Nasdaq isə 0,4% - 2146 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, sentyabrın 22-də fond bazarına bir neçə amil təsir edib. İlk növbədə dolların ucuzlaşması nəticəsində xammal bazarlarında baş vermiş qiymətlərin artımı fond bazarına birbaşa təsir edib. Bundan əlavə, Federal Ehtiyat Sistemi tərəfindən faiz dərəcəsinin hazırkı səviyyədə saxlanılması ilə bağlı ehtimallar da bazar iştirakçıları tərəfindən müsbət qarşılanır.

Avropa fond bazarında sentyabrın 22-də FTSE 100 indeksi 0,2% - 5143 bəndədək enib, Fransa CAC-40-ı 0,3% - 3824 bəndədək, Almaniya DAX-ı 0,7% - 5709 bəndədək yüksəlib. Sentyabrın 22-də «Credit Suisse», «Credit Agricole», «Deutsche Bank», «KBC Groep», UBS və «Banco Santander»in səhmləri 1,3-3,3%, BP, «Royal Dutch Shell», «Total» və «StatoilHydro»nun səhmləri 1,2-2,5% yüksəlib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4810 (-0,01%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR