Bank Of Baku

Neft gözlənilmədən ucuzlaşıb

Neft gözlənilmədən ucuzlaşıb
# 24 sentyabr 2009 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 2,79 dollar və ya 3,9% azalaraq 1 barelə görə 68,97 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, sentyabrın 23-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,54 dollar azalaraq 67,99 dollar təşkil edib.

Neftin bu dərəcədə ucuzlaşması bazar iştirakçıları üçün gözlənilməz olub, çünki bazara hər hansı mənfi təsir edə biləcək əsaslı amil olmayıb. Bu səbəbdən neftin ucuzlaşmasını ilk növbədə investorlar tərəfindən fyuçers kontraktları üzrə satınalmarın artırılması ilə əlaqələndirmək olar ki, bu da cari mənfəətin əldə edilməsi məqsədi ilə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR