Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 1%, Nasdaq isə 0,7% enib

Dow Jones indeksi 0,8%, S&P 500 1%, Nasdaq isə 0,7% enib
# 24 sentyabr 2009 07:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 9749 bəndədək, S&P 500 1% - 1061 bəndədək, Nasdaq isə 0,7% - 2131 bəndədək enib. «APA-Economics»in məlumatına görə, sentyabrın 23-də fond bazarında ticarətin gedişinin əvvəlində kotirovkaların artması müşahidə olunub. Bunun səbəbi də Federal Ehtiyat Sisteminin faiz dərəcələrinin hazırkı aşağı səviyyədə saxlanılması barədə qərarın qəbul edilməsi olub. Nəticədə, kotirovkaların yüksəlməsindən sonra investorlar tərəfindən mənfəətin əldə edilməsi məqsədi ilə qiymətli kağızların kütləvi şəkildə satılması baş verib ki, bu da kotirovkaların enməsinə səbəb olub.

Avropa fond bazarında sentyabrın 23-də FTSE 100 indeksi 0,1% - 5139 bəndədək, Fransa CAC-40-ı 0,05% - 3822 bəndədək, Almaniya DAX-ı 0,13% - 5702 bəndədək enib. Sentyabrın 23-də «Banco Santander»in səhmləri 1,2%, «Standard Chartered»in səhmləri 4,3%, «Credit Suisse»in səhmləri 1,9%, «BNP Paribas»ın səhmləri 1,2% bahalaşıb, BP-nin səhmləri 1,5%, «Royal Dutch Shell»in səhmləri 1,6%, «Total»in səhmləri isə 1,4% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4745 (-0,44%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR