Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,3332 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,3332 təşkil edib
# 24 sentyabr 2009 07:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazlar (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1004 bənd və ya 11,16% artaraq 2009-cu ilin sentyabr ayının 24-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,3331 bənd və ya 33,31% artaraq 1,3332 təşkil edib.

Sentyabrın 23-də 4 mln. manatlıq not emissiyası yerləşdirilib. Qeyd edək ki, son zamanlar notlar yalnız ödəmə tarixində yerləşdirilir ki, bu da bazarın kapitallaşmasını sabit saxlayır. Lakin göründüyü kimi, not bazarının kapitallaşmasının genişlənməsi baş verib və nəticədə, ACBDI indeksinin kəskin artımı müşahidə olunub. AGBI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR