Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,9%, Nasdaq isə 1,1% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,9%, Nasdaq isə 1,1% enib
# 25 sentyabr 2009 08:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 9707 bəndədək, S&P 500 0,9% - 1051 bəndədək, Nasdaq isə 1,1% - 2108 bəndədək enib. «APA-Economics»in məlumatına görə, sentyabrın 24-də fond indekslərinin enməsi ABŞ-ın daşınmaz əmlak bazarı barədə məlumatların açıqlanmasından sonra baş verib. Belə ki, təkrar bazarda satılmış evlərin sayı kəskin azalaraq 5,1 mln. vahidə çatıb.

Avropa fond bazarında sentyabrın 24-də FTSE 100 indeksi 1,2% - 5079 bəndədək, Fransa CAC-0-ı 1,7% - 3758 bəndədək, Almaniya DAX-ı 1,7% - 5605 bəndədək enib. Sentyabrın 24-də neftin ucuzlaşması səbəbindən BP-nin səhmləri 1,2%, «BG Group»un səhmləri 3,4%, «Tullow Oil»un səhmləri 1,8%, «Repsol»un səhmləri 2,3%, «Total»in səhmləri 3,4%, «StatoilHydro»nun səhmləri 1,8% ucuzlaşıb. Eyni zamanda, «Royal Bank of Scotland»ın səhmləri 0,9%, «Standard Chartered»in səhmləri 2,5%, «Lloyds Banking Group»un səhmləri 1,7%, «Societe Generale»in səhmləri 0,2%, «Credit Agricole»un səhmləri 2,5%, «Commerzbank»ın səhmləri 3,3% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4640 (-0,71%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR