Bank Of Baku

Bu gün BFB-da 10306922S seriyalı 2,421 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10306922S seriyalı 2,421 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 25 sentyabr 2009 15:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10306922S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 2,421 mln. manat təşkil edib. Sifarişlər 98,91% (gəlirlik 2,21%) – 98,94% (gəlirlik 2,15%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 98,91% (gəlirlik 2,21%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 333 400 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 2,421 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu il martın 26-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR