Bank Of Baku

AGBI indeksi 1,0225, ACBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,0225, ACBDI indeksi isə 1,0001 təşkil edib
# 28 sentyabr 2009 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0224 bənd və ya 2,24% artaraq 2009-cu ilin sentyabr ayının 28-nə 1,0225 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0001 bənd və ya 0,01% artaraq 1,0001 təşkil edib.

AGBI indeksinin artması sentyabrın 25-də 2,421 mln. manat həcmində dövlət istiqrazlarının yerləşdirilməsi və bunun nəticəsində bazarın kapitallaşmasının yüksəlməsi ilə bağlıdır.

ACBDI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR