Bank Of Baku

Neft bir qədər bahalaşıb

Neft bir qədər bahalaşıb
# 28 sentyabr 2009 07:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,56 dollar və ya 0,9% artaraq 1 barelə görə 65,45 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, sentyabrın 25-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 0,29 dollar artaraq 65,11 dollar təşkil edib.

Neft bazarına təsir edən müsbət amillər arasında ABŞ-da istehlak etimadı indeksinin sentyabr ayında 7,8 bənd artaraq 73,5 bəndə çatmasını qeyd etmək lazımdır. Halbuki, bu indeksin yalnız 70,2 bəndədək artması proqnozlaşdırılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR