Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq isə 0,8% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq isə 0,8% enib
# 28 sentyabr 2009 07:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 9665 bəndədək, S&P 500 0,6% - 1044 bəndədək, Nasdaq isə 0,8% - 2091 bəndədək enib. «APA-Economics»in məlumatına görə, sentyabrın 25-də açıqlanan makroiqtisadi xəbərlər bazara mənfi təsir edib. Bunların sırasında uzunmüddətli istifadə olunan mallar üzrə sifarişlərin avqust ayında 2,4% azalmasını qeyd etmək olar. Bundan başqa, bir sıra iri şirkətin mənfi hesabatlarının açıqlanması da kotirovkaların enməsinə dəstək olub.

Avropa fond bazarında sentyabrın 25-də FTSE 100 indeksi 0,06% - 5082 bəndədək yüksəlib, Fransa CAC-0-ı 0,5% - 3739 bəndədək, Almaniya DAX-ı 0,4% - 5581 bəndədək enib. Avropa bazarlarının əsasən korporativ xəbərlərin təsiri altında olması nəticəsində kotirovkalar üzrə vahid dəyişmə tendensiyası müşahidə olunmayıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4651 (+0,08%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR