Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,7%, Nasdaq isə 1,9% yüksəlib

Dow Jones indeksi 1,3%, S&P 500 1,7%, Nasdaq isə 1,9% yüksəlib
# 29 sentyabr 2009 07:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 9789 bəndədək, S&P 500 1,7% - 1063 bəndədək, Nasdaq isə 1,9% - 2131 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, sentyabrın 28-də kotirovkaların yüksəlməsi ilk növbədə birləşmələr sahəsində fəallığın nəticəsində baş verib. Belə ki, ABŞ-ın «Abbot Laboratories» farmasevtik şirkəti «Solvay» SA şirkətini, «Xerox Corp.» isə «Affiliated Computer Services Inc.» şirkətini almaq niyyətindədir, «Johnson&Johnson» isə «Curcell NV»nin 18%-ni artıq əldə edib.

Avropa fond bazarında sentyabrın 28-də FTSE 100 indeksi 1,6% - 5166 bəndədək, Fransa CAC-0-ı 2,3% - 3825 bəndədək, Almaniya DAX-ı 2,8% - 5736 bəndədək yüksəlib. Avropa bazarlarında ticarətə təsir edən əsas amillərdən biri Anqela Merkelin Almaniyanın federal kansleri vəzifəsinə yenidən seçilməsi olub ki, bu da investorlar tərəfindən müsbət qarşılanıb. Qeyd edək ki, ümumilikdə, böhran zamanı maliyyə sektoru siyasi sektordan daha çox həssas olur ki, hakimiyyətdə hər hansı ciddi dəyişiklik maliyyə bazarı üçün mənfi amil kimi qiymətləndirilir.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4601 (-0,34%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR