Bank Of Baku

Neft bir qədər ucuzlaşıb

Neft bir qədər ucuzlaşıb
# 30 sentyabr 2009 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,13 dollar və ya 0,2% azalaraq 1 barelə görə 66,71 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, sentyabrın 29-da ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 0,05 dollar azalaraq 65,49 dollar təşkil edib.

Neftin ucuzlaşması ABŞ-da neft ehtiyatlarının artımı barədə məlumatların açıqlanması səbəbindən baş verib. Belə ki, Amerika Neft İnstitutunun məlumatına görə, ötən həftə ərzində xam neft ehtiyatları 2,8 mln. barel artaraq 340 mln. barelə, benzin ehtiyatları 1,7 mln. barel azalaraq 212,5 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları isə 2,3 mln. barel artaraq 170,7 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR