Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,2%, Nasdaq isə 0,3% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,2%, Nasdaq isə 0,3% enib
# 30 sentyabr 2009 07:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 9742 bəndədək, S&P 500 0,2% - 1061 bəndədək, Nasdaq isə 0,3% - 2124 bəndədək enib. «APA-Economics»in məlumatına görə, enməsinə mənfi makroiqtisadi göstəricilər səbəb olub. Məsələn, ABŞ-da sentyabr ayında istehlak etimadı indeksinin 1,4 bənd düşməsi məlum olduğundan sonra bazarda enmə tendensiyaları formalaşıb.

Avropa fond bazarında sentyabrın 29-da FTSE 100 indeksi 0,1% - 5160 bəndədək, Fransa CAC-0-ı 0,3% - 3814 bəndədək, Almaniya DAX-ı 0,4% - 5714 bəndədək enib. Avropa bazarlarında ticarətə korporativ xəbərlər təsir edib ki, nəticədə məsələn, maliyyə sektorunda kotirovkaların yüksəlməsi, digər əksər sektorlarda isə enməsi müşahidə olunub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4592 (-0,06%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR