Bank Of Baku

Neft kəskin bahalaşıb

Neft kəskin bahalaşıb
# 01 oktyabr 2009 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 3,9 dollar və ya 5,9% artaraq 1 barelə görə 70,61 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, sentyabrın 30-da ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 3,58 dollar artaraq 69,07 dollar təşkil edib.

Analitiklər neftin kəskin bahalaşmasını ABŞ-da ötən həftə ərzində benzin ehtiyatlarının 0,8% azalması ilə əlaqələndirir. Lakin qeyd etmək lazımdır ki, neft bazarı benzin ehtiyatlarının dinamikasına bu dərəcədə həssas olmur və beləliklə, neftin bahalaşması daha çox əvvəlki bir neçə gün ərzində müşahidə olunmuş ucuzlaşmanın əsassız olduğunu əks etdirir ki, nəticədə bazarın korrektləşməsi baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR