Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq isə 0,1% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq isə 0,1% enib
# 01 oktyabr 2009 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 9711 bəndədək, S&P 500 0,3% - 1057 bəndədək, Nasdaq isə 0,1% - 2122 bəndədək enib. «APA-Economics»in məlumatına görə, kotirovkaların enməsi əsasən makroiqtisadi göstəricilərlə, o cümlədən məşğulluq sahəsinin göstəriciləri ilə bağlı olub. Belə ki, sentyabr ayında ABŞ-da iş yerlərinin sayı (aqrar sektoru nəzərə alınmadan) 254 min azalıb ki, bu da analitiklərin proqnozlarından daha çoxdur.

Avropa fond bazarında sentyabrın 30-da FTSE 100 indeksi 0,5% - 5134 bəndədək, Fransa CAC-0-ı 0,5% - 3795 bəndədək, Almaniya DAX-ı 0,7% - 5675 bəndədək enib. Avropa bazarlarında «BNP Paribas»ın səhmləri 3%, HSBC-nin səhmləri 1,4%, UBS-in səhmləri 1,2%, BBVA-nın səhmləri 1,7%, «Deutsche Bank»ın səhmləri 2,4%, BP-nin 1,1%, «Royal Dutch Shell»in səhmləri 1,3%, «Total»in səhmləri 0,4% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4657 (+0,45%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR